Ermənistanın xarici borcu iqtisadiyyatından daha tez artır. Bu barədə “arntimes” portalında analitik yazı ilə çıxış edən müəllif Ayk Qevorkiyan Ermənistanın xarici borcunun artıq 6 milyard dolları ötdüyünü bildirib.
Müəllif qeyd edir ki, Ermənistan borc ilə yaşayan dövlətlər siyahısına daxil olub ki, bu da onun müstəqil siyasət aparmasına imkan vermir. Hökumət Avropa banklarından borc alaraq Beynəlxalq Valyuta Fonduna olan borcunu ödəyir, Dünya Bankından borc alaraq Avropa banklarına olan borcunu ödəyir. Hazırda Ermənistan hökuməti xarici borclarını borc alaraq ödəyir və bu hal iqtisadiyyatın daha da pis vəziyyətə düşəcəyindən xəbər verir.
Müəllif qeyd edir ki, 2020-ci ildə Ermənistanın dövlət büdcəsi 3 milyard dollar olacaq ki, bunun 1 milyard 500 milyonunu borlarına ödəyəcək.