Almaniya vətəndaşını öldürən amerikalı əsgərin bəraət alması ilə əlaqədar Almaniyanın qərbində ABŞ-ın Şpanqdalem (Reynland-Pfalz) bazası yaxınlığında aksiya keçirilib.
“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, nümayişdə bir neçə yüz nəfər iştirak edib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda 26 yaşlı ABŞ hərbçisi Qrant Harrison Wittlich şəhərindəki yarmarkada yaranan münaqişə zamanı 28 yaşlı Maykl Ovsyannikovu bıçaqlayaraq öldür. Saxlanılan şübhəli, törətdiyi əməli müstəntiqlərə etiraf edib. Bununla belə, NATO-nun qoşunların statusu haqqında sazişə uyğun olaraq, iş Amerika istintaq orqanlarına (Xüsusi Təhqiqatlar Ofisi, OSI) verilib. Həmin şəxs ACİ əməkdaşlarına təhvil verilib.
Harrisonu Almaniya ərazisində ABŞ hərbi məhkəməsi mühakimə edib və təqsirsiz olduğuna dair hökm çıxarıb.
“Bild”in yazdığına görə, məhkəmə heyətinə amerikalının əvvəllər hər şeyi etiraf etdiyi deyilsə də hakim Harrisonun bunu təzyiq altında dediyini əsas gətirərək əhəmiyyət verməyib.
Zərərçəkənin atası qəzetə bildirib ki, etirazları davam etdirmək niyyətindədir: “Biz səylərimizi zəiflətməyəcəyik. Bu artıq bir missiyaya çevrilib. Amerikalılar bilməlidirlər ki, bizi ciddi qəbul etməli olacaqlar”.
“Bild”in məlumatına görə, qatil Almaniyada qalmağa davam edir və hələ də bazada işləyir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”