Almaniyanın keçmiş kansleri Angela Merkel BBC-yə müsahibəsində Qərb ölkələrini Rusiyanın nüvə potensialını etiraf etməyə çağırıb və bunu qorxulu adlandırıb.
“İki sahil” Lenta.ru-ya istinadla xəbər verir ki, Merkel Rusiyanın nüvə potensialı ilə hesablaşmaq lazım olduğunu qeyd edib: “Biz qorxuya təslim olmamalıyıq, amma, eyni zamanda Rusiyanın ən böyük və ya ABŞ ilə yanaşı, dünyanın iki ən böyük nüvə gücündən biri olduğunu da qəbul etməliyik”.
Xatırladaq ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen bundan əvvəl Qərb ölkələrinin elitasının anti-Rusiya ideyalarının dünyanı nüvə müharibəsinə sürüklədiyi fikrini bildirmişdi.