25 noyabr 2024 14:51
106

Özbəkistan "Qazprombank"ın UnionPay kartlarını bloklayıbmı?

Özbəkistan Mərkəzi Bankı və ölkənin digər bankları Qazprombank-ın UnionPay kartlarını bloklamayıblar.  

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə Özbəkistan tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilirdi ki, həmin kartlara Özbəkistan, Hindistan, Türkiyə, Almaniya, BƏƏ, Qazaxıstan, Tailand və digər ölkələrdə onlara xidmət göstərməyi dayandırıblar.

“Mərkəzi Bank və yerli banklar UnionPay kartlarının fəaliyyətini əngəlləməyib. Hesab edirik ki, daha ətraflı məlumatı UnionPay nümayəndələrindən əldə etmək olar”, - deyə, Özbəkistan Mərkəzi Bankının mətbuat xidmətinin nümayəndəsi bildirib.

Özbəkistan Mərkəzi Bankı Qazprombank-ın ölkədəki nümayəndəliyini 2022-ci ilin yanvarında akkreditə edib. Ötən həftə TASS xəbər vermişdi ki, UnionPay kartlarından bütün ölkə üzrə bankomatlarda nağd pul çıxarmaq mümkün deyil.