İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın İcra Şurasının 25 obyektinə zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zərbələr Nəbatiyyə, Baalbek, Bekaa vadisi, həmçinin Beyrutun ətrafı və Dahiya ətrafına endirilib. Vurulan obyektlər arasında “Hizbullah” komandirləri və döyüşçülərinin yerləşdiyi komanda mərkəzləri, nəzarət və kəşfiyyat məlumatlarının toplanma məntəqələri olub.