28 noyabr 2024 15:16
81

Zelenskinin müşaviri ABŞ-a cavab verdi

Vladimir Zelenskinin müşaviri Dmitri Litvin ABŞ-ın səfərbərlik yaşını aşağı salmaq çağırışını mənasız adlandırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Əvvəlcə elan edilmiş avadanlıqların vaxtında gəlmədiyini görəndə Ukraynanı səfərbərlik yaşını aşağı salmağa çağırmağın mənası yoxdur”, - Litvin bildirib.

Onun sözlərinə görə, silah tədarükü gecikdiyi üçün Ukraynanın artıq səfərbər olan əsgərləri təchiz etmək üçün kifayət qədər silahı yoxdur.