06 dekabr 2024 14:30
163

Suriya üsyançılarının lideri: Məqsədimiz Əsədi devirməkdir

Suriyanın Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani deyib ki, hökumət əleyhinə qüvvələr koalisiyasının məqsədi Suriya prezidenti Bəşər Əsədi devirməkdir.

“İki sahil” xəbər verir ki, Hələb və Həmada yaraqlıların sıçrayışından qısa müddət sonra CNN-ə verdiyi müsahibədə o, institutlara əsaslanan hökumət və “xalq tərəfindən seçilən şura” yaratmaq niyyətini açıqlayıb.

“Məqsədlərdən danışanda, inqilabın məqsədi bu rejimin devrilməsi olaraq qalır. Bu məqsədə çatmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək hüququmuz var”, - deyə Əbu Məhəmməd əl-Culani bildirib.