“Oreşnik” ballistik raketlərinin Belarus ərazisində yerləşdirilməsi ilə bağlı qərarı yalnız prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenko verə bilər.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Noyabrın sonunda Lukaşenko respublikanın bu cür silahları yerləşdirməyə hazır olması barədə danışıb.
"Belə qərarlar iki ölkənin prezidentləri tərəfindən milli təhlükəsizlik məsələləri rəhbər tutaraq qəbul edilir", - deyə, Peskov bildirib.