06 oktyabr 2017 16:44
724

“SOCAR PETROLEUM” sürücülər üçün kampaniya keçirir

“SOCAR PETROLEUM” QSC “ASAN Radio” ilə birgə sürücülər üçün kampaniya keçirir 

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti hər il olduğu kimi bu il də müştəriləri üçün kampaniya keçirir.Bu gün müştərilər yüksək keyfiyyətli xidmət təklif edən, müasir standartlara cavab verən yanacaqdoldurma stansiyalarına üstünlük verirlər. Kampaniyanın gedişində həftə içi 3 gün fərqli saatlarda “ASAN Radio”nun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Hər verilişdə radionun aparıcısı tərəfindən elan olunan ASAN xidmətə birinci yaxınlaşan sürücü qalib hesab olunacaq və 30 manatlıq kuponla mükafatlandırılacaq. Qalib “SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən birinə yaxınlaşaraq 30 manat dəyərində istənilən növ yanacaq əldə etmək şansı qazanacaq. QSC bundan sonra da müxtəlif növ kampaniyalarla müştərilərini sevindirmək niyyətindədir.