Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı əhaliyə müraciət edib.
“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:
"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar