Ölkənin ictimai-siyasi məkanında mövcud olan konstruktiv müxalif qüvvələrdən fərqli olaraq radikallığı, pozuculuğu ilə cəpmiyyətdən ayrı düşərək marginallaşan, sosial bazadan məhrum olan AXCP sədri Əli Kərimlinin və onun ətrafındakıların əsl məqsədləri xaricdən aldıqları sifarişlərə və qrantların qarşılığında sosial şəbəkələr vasitəsilə cəmiyyətdə gərginlik yaratmaqdır. Bu merkantillər antimilli fəaliyyətləri ilə xaqlın dəstəyindən məhrum olduqlarına görə yalnız böhtan, yalan dolu şüarlarla gündəmdə qalmaq, öz ağalarına, xarici dayılarına hələ də meydanlarda olduqlarını göstərmək üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Axı alınan pulların müqabilində xidmət göstərmək lazımdır.
Antimilli ünsürlərin yuvasına çevrilən AXCP-nin “başbiləni” Əli Kərimli və tərəfdarları cəmiyyətdə siyasi qarşıdurma, pozuculuq, bölücülük, intriqa və təfriqələr yaratmaq üçün ən çirkin vasitələrə əl atırlar. “Baş çəbhəçi”, daha doğrusu, boş cəbhəçi Ə.Kərimli və onun ətrafındakı tör-töküntülər bütün bunları nə qədər masklansalar da əsl həqiqətlər getdikçə ortaya çıxır. Təxminən 30 illik müxalifətçilik nağılının anatomiyasını təşkil edən xəyanətkarlıq təfəkkürü, anti-Azərbaycan dairələr qulbeçəlik psixologiyası ilə yaşayan “cəbhəçilər” hələ də öz xain, məkrli missiyalarını, antimilli mövqelərini ardıcıl olaraq davam etdirirlər. Həm də elə bilirlər ki, baş verənlərdən heç kimin xəbəri yoxdur.
Yaxşı bilirik ki, xaricdəki məkrli mərkəzlərin sifarişi ilə internet resurslarında ölkəmizə qarşı qarayaxma kampaniyası aparan radikal müxalifət təmsilçilərinin əsas məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq cəhdindən başqa bir şey deyil. Radikalların sırasında yaşanan daxili rəqabətin təzahürü olan mitinq-şou antimlli ünsürlərin cəmiyyətdə ixtilaf yaratmaq niyyətlərinə xidmət edir. Siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan bu marginalların yeganə ümidi hər zaman olduğu kimi küçə iğtişaşlardır. Qətiyyətlə deyə bilərik ki, regionda və dünyada yaşanan hadisələr fonunda insanları küçə iğtişaşlarına səsləmək xainlik və məsuliyyətsizilkdir.
Sağlam düşüncəli, aydın təfəkkürlü ictimaiyyət nümayəndələri yaxşı anlayırlar ki, dağıdıcılığı “siyasi mübarizə” üsulu kimi seçən, ölkəmizin nailiyyətlərini, inkişafını, tərəqqisini, dünyada söz sahibinə çevrilməsini inkar edən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, onların marionetkası olan Gültəkin Hacıbəylinin, Qənimət Zahidin, Sevinc Osmanqızının və digərlərinin söylədikləri şər-böhtandan, əsassız iddiadan, siyasi populizmdən başqa bir şey deyil. Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, eləcə də onların rəhbərlik etdikləri AXCP və “Milli Şura”da təmsil olunanların əsas problemi isə uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan mərhum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. Antimilli fəaliyyəti ilə özünü cəmiyyətdən təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların sifariş və tapşırıqlarını yerinə yetirən AXCP sədri Ə.Kərimli, “Milli Şura”nın rəhbəri C.Həsənli və onların tör-töküntüləri çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.
Antimilli cəbhədə yer alan bu “cəbhəçilərin”, “mili şuraçıların” son zamanlar erməni lobbisinin təsiri altında olan təşkilatlarla, ermənidən çox ermənilik edən Qərbdəki parlamentarilərlə, konqresmenlərlə sinxron işbirliyi bu ünsürlərin milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum olduqlarını tam çılpaqlığı ilə bir daha ortaya qoyur. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Azərbaycanın müstəqilliyinə, inkişaf və tərəqqisinə qənim kəsilən, milli maraq və mənafeləri heçə sayaraq respublikamızda sabitliyi, təhlükəsizliyi hədəf seçən çağırışlar etməsi, qanunsuz addımları dəstəkləməsi bir daha göstəri ki, başda uğursuz siyasi cəhdlərini dövlətə, dövlətçiliyə çevirən AXCP olmaqla anti-Azərbaycan mərkəzlərlə işbirliyindəki dağıdıcı, pozucu, inkarçı müxalifət ölkəmizin siyasi arenasındakı dəyərini, mahiyyətini və yerini çoxdan itirib.
Zahid Rza, “İki sahil”