2025-ci ildə NATO Ukraynaya əlavə yardım ayıra bilər.
“İki sahil” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu NATO-nun Ukraynadakı nümayəndəliyinin rəhbəri Patrik Törner "Ukrayna-NATO 2024: tərəfdaşlığın gücləndirilməsindən təhlükəsizlik yollarının axtarışına doğru" adlı dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bu məsələ gələn ilin fevralında Haaqada alyansın müdafiə nazirlərinin iclasında müzakirə olunacaq.
"Alyansın üzvü olan bir çox ölkələr əlavə yardım vəd edib. Bu, Avropa və ABŞ-dəki müttəfiqlərimizə aiddir", - P.Törner qeyd edib.
O vurğulayıb ki, NATO cari il ərzində 40 milyard avrodan çox yardım göstərəcəyini vəd edib. Birinci yarımildə təxminən 21 milyard avro yardım göstərilib.
"İlin sonuna qədər vəd etdiyimiz bütün vəsaitin ayrılması üçün əlimizdən gələni edirik", - nümayəndəliyin rəhbəri əlavə edib.