05 oktyabr 2017 21:08
667

Ağsu rayonunda kartofçuluğa maraq ildən-ilə artır

Ağsu rayonunda kartof yığımı başa çatıb, sahələrdən 1370 ton məhsul götürülüb.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, bölgədə kartofçuluğa maraq ildən-ilə artır. Təsadüfi deyildir ki, cari mövsümdə əkin sahələri 16 hektar artaraq 168 hektara çatıb. Torpaq mülkiyyətçiləri bu il sahələrdən ötən ildəkindən 140 ton çox məhsul yığıblar.

Qeyd edək ki, kartofçuluq rayonda qeyri-ənənəvi sahə hesab olunur. Lakin ilboyu yerli bazarlarda kartofa tələbat çox olduğundan bu sahəyə maraq getdikcə artır. Son illər rayonun dağətəyi ərazilərində, o cümlədən Padar, Qaraqoyunlu, dağlıq ərazilər olan Kalva, Nuran, Gürcüvan və bir sıra digər yaşayış məntəqələrində sakinlər kartof əkin sahələrini ildən-ilə artırırlar.