Ümummilli Lider Heydər Əliyevin iqtisadi, ordu quruculuğu, qanunverici bazanın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin inkişafında atdığı addımlar özünün də qeyd etdiyi kimi Azərbaycanın dünyaya günəş kimi doğmasına zəmin yaratdı. Aradan keçən müddət ərzində Azərbaycan qüdrətli və regionda söz sahibi olan dövlətə çevrildi ki, bu gün ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət xalqımızın rifahı, ölkəmizin suverenliyinin təmini, dövlətiliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli və mətin addımlarla yeni üfüqlər açır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib.
Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı
Heydər Əliyev fenomeni: dövlətçilik məfkurəsinin tarixi missiyası və müasir davamlılıq siyasəti
Slovakiya və Azərbaycan arasında əlaqələr qarşılıqlı dostluq prinsiplərinə əsaslanır