Son günlər havaların əlverişsiz keçməsi yığım kampaniyasına mane olsa da, ölkəmizdə pambıq tədarükü davam edir.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, oktyabrın 5-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 57 min 361,87 ton məhsul təhvil verilib.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayonun fermerləri indiyədək məntəqələrə 10925,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 6953,65 ton, Sabirabadda 6075,69 ton, Beyləqanda 4545,14 ton, Ağcabədidə 4510,44 ton pambıq tədarük olunub.
Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda (17220 hektar), İmişlidə (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin pambıq tədarükünə dair oktyabrın 5-nə olan operativ məlumatını təqdim edir.