13 dekabr 2024 11:27
155

Əsəd rejiminin devrilməsi Ukraynada qələbənin Moskva üçün əhəmiyyətini artırır - EKSPERT

Suriyada keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsi Ukraynadakı qələbənin Moskva üçün əhəmiyyətini artırır.

“İki sahil” xəbər verir ki,  bunu Beynəlxalq Böhran Qrupunun baş rusiyalı analitiki Oleq İqnatov “The Wall Street Journal”a bildirib.

“Əgər Suriya ilə bağlı məsələ bir məna daşıyırsa, bu, Putin üçün Ukraynanın əhəmiyyətini artırır. Onun məqsədlərinə çatmalı olduğu yer Ukraynadır”, - deyə, ekspert qeyd edib.

Digər analitiklər də Moskvanın öz qətiyyətini nümayiş etdirmək üçün həm döyüş meydanında, həm də danışıqlarda Ukraynaya daha çox təzyiq göstərəcəyini iddia edirlər. 

Bundan əvvəl Bloomberg agentliyi Rusiyanın Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi bazaları ilə bağlı danışıqlar apardığını bildirmişdi.