Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, Ukraynadakı hədəflərə raket hücumu fonunda Qərb ölkələrindən daha 20 hava hücumundan müdafiə sistemi istəyib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb.
"Mən 20 NASAMS, Hawk və ya IRIS-T hava hücumundan müdafiə sistemlərinin təcili çatdırılması üçün çağırışımı təkrar edirəm" - deyə, o, qeyd edib.
Bundan əvvəl Vladimir Zelenski Almaniya kansleri Olaf Şolstla keçirdiyi brifinqdə Ukraynanın daha 20 xüsusi obyekti qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə sisteminə malik olmadığını bildirib.
"Wall Street Journal" yazıb ki, Rusiya ordusu Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan mərmi ehtiyatlarını tükəndirmək üçün “silahsız fırıldaqçılardan” istifadə edir.