16 iyun 2026 14:42
89

Tramp İsrailin Livanla bağlı siyasətindən narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp İsrailin Livan və “Hizbullah” hərəkatı ilə bağlı davranışından narazı olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“İsrailin Livan və ‘Hizbullah’ məsələsində necə hərəkət etməsindən məmnun deyiləm”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı məsələlərdə daha məsuliyyətli mövqe nümayiş etdirməlidir.