16 iyun 2026 00:58
97

İran atəşkəs dövründə müdafiə gücünü artıracaq

İran ABŞ ilə əldə olunan razılaşma və atəşkəs dövründə müdafiə imkanlarını artıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyindən (MSQDN) "Fars" agentliyinə bildirilib.

"Biz İran xalqının maraqlarını təmin edəcək istənilən anlaşma və razılaşmaları dəstəkləyəcəyik", - MSQDN-dən bildirilib.

Qeyd olunub ki, ABŞ ilkin razılaşma və ya memorandumun şərtlərini pozarsa, İran regiondakı hərbi vəziyyəti sürətlə və qətiyyətlə razılaşmadan əvvəlki vəziyyətə qaytaracaq:

"Biz silahlı qüvvələrin hazırlıq səviyyəsini əvvəlkindən daha yüksək səviyyədə saxlayacağıq ki, düşmən razılaşmanın şərtlərini yerinə yetirməyə və öz öhdəliklərinə əməl etməyə məcbur olsun".