Cənubi Koreya prezidenti Yoon Seok-Yeol ölkədə hərbi vəziyyət elan etməyə cəhd etdikdən sonra onun reytinqi rekord həddə - 11%-ə düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
"Gallup" sorğu şirkətinin keçirdiyi sorğuya görə, onun populyarlığı 6% azalaraq 11% təşkil edib ki, bu da Yoon Seok-Yeolun 2022-ci ilin mayında vəzifəyə başlamasından bəri ən aşağı səviyyədir.
Qeyd olunur ki, respondentlərin 75%-i prezidentin mümkün impiçmentini dəstəkləyib, 21%-i isə əleyhinə olub.
Bundan əvvəl Cənubi Koreya parlamentinə prezidentin impiçmenti haqqında qanun layihəsinin yenidən təqdim edildiyi bildirilirdi.