13 dekabr 2024 16:15
172

Nazir müavini Qusarda vətəndaşların müraciətlərini dinləyib

Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Quba, Qusar və Xaçmaz rayon sakinlərinin iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar.

Nazir müavini vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.