Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə statistikanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun dekabrın 13-də keçirilən iclasında açıqlayıb.
MSK sədrinin sözlərinə görə, bu günə olan rəqəmlərə əsasən, bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb.
O bildirib ki, artıq 1397 nəfərə imza vərəqləri verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb