04 oktyabr 2017 20:12
486

Neft Fondu AÇG-dən 127 mlrd. dollar gəlir əldə edib

Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli” layihəsindən 4,5 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il oktyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 126 milyard 683 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 milyard 574 milyon dollar vəsait daxil olub.