Somali Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Fathudin Ali Mohamed SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bu barədə "İki sahil"ə ali məktəbdən məlumat verilib.
Görüş zamanı BANM ilə Somali arasında ikitərəfli akademik əməkdaşlıq və təhsil sahəsində potensial imkanlar müzakirə edilib. Görüşdə 2025/2026-cı tədris ilində Somalidən gələcək tələbələrin BANM-də təhsilə cəlb olunması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Əcnəbi tələbələr üçün yaradılmış “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” qrantı da bu imkanları genişləndirən vacib addım kimi qeyd edilib.
Görüşün sonunda iki ölkənin müvafiq məsul strukturlarının məlumatlandırılması və qarşılıqlı faydalı tərəfdaşlıq qurulması barədə razılığa gəlinib. Fathudin Ali Mohamed 2025-ci ilin aprel ayına qədər Somalidən tələbə seçimi ilə bağlı tədbirlər görülməsini qeyd edib.
Daha sonra kampusla tanışlıq olub.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR