04 oktyabr 2017 18:21
280

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları oktyabrın 1-nə 5 167,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 66,3 milyon dollar çoxdur.