SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Elm və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib. BANM 2024-cü ildə “Elm və ali təhsilin beynəlmiləlləşməsi” sahəsində fəaliyyətləri ilə fərqləndiyiniə görə təltif edilib.
BANM-dən "İki sahil"ə bildirilib ki, mükafatın təqdimatı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutub. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak ediblər.
Xatırladaq ki, BANM “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının iştirakçısı olan 10 universitetdən biridir. Bu il proqram çərçivəsində 9 əcnəbi tələbə təhsil alır. Onlar Banqladeş, İraq, Somali, Sudan, Yəmən, Hindistan və Qazaxıstan vətəndaşlarıdır.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR