03 oktyabr 2017 19:57
617

“Buta Airways” Sankt-Peterburqa müntəzəm uçuşlara başlayacaq

Azərbaycanın ilk aşağı büdcəli “Buta Airways” aviaşirkəti oktyabrın sonlarından Rusiyanın Sankt-Peterburq şəhərinə müntəzəm uçuşlara başlayacaq. Bu barədə Sankt-Peterburqun “Pulkovo” hava limanının mətbuat xidməti məlumat yayıb. Bakı-Sankt-Peterburq-Bakı reysləri həftədə beş dəfə həyata keçiriləcək.

“Pulkovo” hava limanı Rusiyanın 4-cü iri aeroportudur. “Pulkovo-1” terminalında aparılan yenidənqurma işlərindən sonra hava limanı ildə 18 milyon sərnişinə xidmət edir.