03 oktyabr 2017 19:22
485

Rusiyada brilyantlı kriptovalyuta buraxılacaq

Rusiyada brilyantla təmin olunmuş "D1 Coin" kriptovalyutası buraxılacaq.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, kriptovalyutanın buraxılması Rusiya Bankı ilə razılaşdırılıb. Rəqəmsal valyutanın yaradıcısı "Diamundi Pte Ltd" şirkətidir. Bu valyuta ilə ticarətə 2018-ci ilin sonlarında başlanılması planlaşdırılır. Bütün "D1Coin"in ümumi nominal dəyəri bir milyard dollar təşkil edəcək.

"D1Coin"i təmin edən bütün brilyantlar sertifikatlaşdırılıb, İsveçrə və Sinqapurda xüsusi anbarlarda saxlanılacaq.