26 dekabr 2024 10:45
501

Mükəmməl siyasət kursu: Hərtərəfli inkişaf, sarsılmaz dövlət

Prezident İlham Əliyev.  Bu adı hər eşitdikcə qüdrətli və qədim tarixi olan bir xalqın nümayəndəsi kimi qürurlanır, tarix yazan bir Sərkərdə ilə eyni dövrdə yaşadığım üçün özümü çox xoşbəxt hiss edirəm. Axı biz ümumilikdə erməni təcavüzkarları tərəfindən ötən 300 il ərzində mərhələli şəkildə başımıza gətirilmiş müsibətləri, tarixi faciələri, soyqırımı aktlarını heç zaman unutmadıq, bu hadisələri gənc nəsillərə layiqincə çatdıraraq, unutdurmadıq. Cənubi Qafqazda sözügedən zaman ərzində baş vermiş faciələr məhz bəşəri dəyərlərə, insani haqqlara, beynəlxalq hüquq normalarına, insan və vətəndaşların hüquq və azadlıqlarına zidd olan, faktiki  vandalizmi təzahür edən açıq  məkirli siyasət planı idi. 

Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Liderimiz dahi Heydər Əliyevin siyasi məktəbinin ən layiqli davamçısı olan Ölkə Prezidenti, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu məkirli planları, 300 ildir davam edən təcavüzkar erməni siyasətini həm diplomatik səviyyədə,həm də münaqişə meydanında darmadağın edərək, onların çirkin planlarını tarixin qaranlıq dünyasına göndərdi. Bəli, Liderlər öz liderlik keyfiyyətlərini mahir diplomatiya, düzgün siyasi kurs, sarsılmaz qətiyyət və digər buna bənzər yüksək göstəriciləri ilə bütün dünyaya nümayiş etdirirlər. O dünya ki, həmin Lideri beynəlxalq platformalarda ayaq üstə alqışlayır. Bütün ölkələrin təbii ki, prezidentləri, rəhbərləri, bir sözlə dövlət və hökumət başçıları ola bilər, ancaq əsl Lider olmağı hər ölkə başçısı bacarmır axı. Bunu üçün zamana ehtiyac yoxdursa çünki Lider zamanla olmur, olunmur , məhz dünyaya Lider olaraq gəlir.  Prezident İlham Əliyev XXI əsrdə dünyada baş vermiş ciddi geosiyasi, geostrateji dəyişikliklər fonunda müasir şanlı tarixi yaradan və bu şanlı tarixi qızıl hərflərlə  yazan Lider kimi əbədi olaraq öz adını  Azərbaycan xalqının qəlbinə yazdırmağı bacardı. Ona görə də biz fəxrl qeyd edirik ki, eşq olsun Müzəffər Ali Baş Komandanımıza, eşq olsun Azərbaycan xalqına. Çünki, xalq-rəhbər vəhdəti bizi möhtəşəm tariximizin canlı şahidi etdi. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri haqqında çoxsaylı arqumentlər gətirə bilərəm ki, bunlar hamısı tarixi faktlardır. Axı bütün dünya bu faktı emprik olaraq müşahidə edir.

 Tarixin 4 məzmun xəttinin olduğunu bilirik. Zaman, məkan, şəxsiyyət və mədəniyyət. Dünyada siyasi və tarixi səhnədəki hər şey ən üst səviyyədə bu proseslər fonunda cərəyan edir. 
Prezident İlham Əliyev zamanın Lideridir, O, məkan olaraq doğma Vətənində yaşamağı seçdi, O, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin eyni coğrafiyada sülh şəraitində yaşamasını təmin edərək, multikulturalizm dövlət modelini yaratdı,bu isə mədəniyyətin zirvəsidir, bəli, son olaraq da tarixi ədaləti bərpa edərək, doğma torpaqlarımızı düşmən tapdağından azad edib, əsl Şəxsiyyət olduğunu əyani şəkildə sübuta yetirdi. Bu isə Zəfər Zirvəsini fəth edən şəxsiyyət amilinin təsdiqi idi! Bax buna görə də tarixi tarix edən Liderdir. Tarix yaratmaq və yazmaq isə hər strateqə qismət olmur. 

Azərbaycanın bütün sferalar üzrə hərtərəfli inkişafı, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsindəki dünyanın qabaqcıl ölkələrində olduğu kimi önəmli nailiyyətlərin əldə edilməsi, ölkəmizin beynəlxalq müstəvidə artan hörmət və nüfuzu, tarixə şanlı və qızıl hərflərlə yazılan möhtəşəm hadisə-Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi, Ölkəmizin haqq-ədalətə uyğun olan konstruktiv mövqeyinin bütün platformalarda diqtə edilməsi məhz Tarix yazan Liderin-cənab İlham Əliyevin 21 illik bənzərsiz siyasi fəaliyyətinin mükəmməl olmasının bariz nümunəsidir. 

Bütün proseslərə həm siyasi, həm də tarixi aspektdən yanaşaraq dua edirik ki, Uca Tanrı Prezident İlham Əliyevi qorusun. Güclü Liderimiz dövlətini və xalqını layiqincə qoruyur. Ölkəmizdəki sabitliyə, bütün etnik xalqların nümayəndələrinin sülh və harmoniya şəraitində bir arada yaşamasına, xarici təhdid və təzyiqlərdən kənar qaldığımıza və tarixi ədaləti bərpa etdiyimizə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq hissini ifadə edir, Ona uzun ömür, möhkəm cansağlığı arzulayırıq! 

Qürur hissi keçiririk ki, şanlı tariximizə canlı şəkildə şahidlik edirik. Eşq olsun sarsılmaz Prezident-Xalq-Ordu birliyinə!

Tural İsmayılov,

YAP Yevlax rayon təşkilatının sədr müavini