26 dekabr 2024 23:29
110

Antimilli qaragüruh Qərbdəki qərəzli mərkəzlərin əlində ucuz təzyiq vasitəsidir

Uzun müddətdir ki, siyasi mübarizədə normal, sivil mövqe nümayiş etdirə bilməyən dağıdıcı müxalifətin başbilənləri iyrənc üsul və metodlardan istifadə etməklə özlərinin əsl simalarını, daha doğrusu simasızlıqlarını cəmiyyətimizə daha çılpaq şəkildə nümayiş etdirirlər. Başda AXCP sədri Əli Kərimli və tör-töküntüləri olmaqla bu marginallar ölkədə yaradılmış əlverişli demokratik şəraitdən istifadə edərək hüquqi müstəvidə mübarizə aparmaq əvəzinə öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini bir az da zənginləşdirərək şər-böhtanın, “qara piar” kampaniyasının, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndirirlər. 

Xaricdəki ermənipərəst mərkəzlərin çirkli pullarına şirniklənən bu qrant gəmiricilərinin son vaxtlar internet resurslarındakı antimilli çıxışları onların Qərbdəki bəzi dairələrin pul kisəsindən yemləndiklərini bir daha təsdiq edir. Bir daha bəlli oldu ki, istedadsız, intellektsiz, dar düşüncəli, mağara təfəkkürlü bu satqın siyasətbazlar gecə-gündüz “Azərbaycan saatı”, “Osmanqızı tv” və digər internet resurslarındakı çıxışları ilə bəzi beynəlxalq təşkilatlara, erməni lobbisinin yaratdığı şəbəkələrə, anti-Azərbaycan dairələrə məxsus olan media vasitələrinə, bir sözlə, xaricdəki ağalarına donoslar ötürürlər.  

Başda AXCP sədri Əli Kərimli olmaqla qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin, eləcə də müxtəlif bəhanələrlə Qərb ölkələrində sığınacaq tapan Arif Yunusun, Arif Şahmarlının, ABŞ-da məskunlaşan  Ərəstun Oruclunun sosial şəbəkə seqmentlərində bu məsələlərlə bağlı qərəzli çıxışları bu xəyanətkarların erməni lobbisinin nökərinə çevrilən məlum qərəzli təşkilatlarla sinxron işbirliyində olduqlarını açıq-aşkar ortaya qoyur. Milli maraqlara zidd əməlləri ilə özlərini cəmiyyətdən təcrid edən marginalların davamlı olaraq internet resurslarında Qərbdəki bəzi anti-Azərbaycan təşkilatların ölkəmizdəki bəzi dövlər orqanlarının vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etmək çağırışlarını həyasızcasına dəstəkləmələrini qəzəb və nifrətlə qarşılamamaq olmur. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə və dövlət məmurlarına şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. 

Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Ə.Kərimli, C.Həsənli, G. Hacıbəyli kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Gizlin, qeyri-leqal yollarla əldə etdikləri maliyyə vəsaitlərinin, eləcə də işbirliyində olduqları anti-Azərbaycan dairələrdən aldıqları qrantların müqabilində onların sifarişlərini yerinə yetirən dağıdıcı müxalifətin başbilənləri tükənmişliklərini ört-basdır etmək, respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq üçün müxtəlif çirkin vasitə və variantlara əl atırlar. Avantürist, təxribatçı çıxışları ilə məqsədli şəkildə ictimai rəydə yanlış fikir formalaşdırmaq istəyən siyasi kələkbazlar sürüsü açıq-aşkar ölkəmizin milli maraqlarına zidd davranış sərgiləyirlər.

Şübhəsiz, bu, marginallaşmış AXCP-nin və “Milli Şura”nın liderciklərinin antimilli, səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsi və acı sonluğudur. Bütün bunlar xaricdəki anti-Azərbaycan mərkəzlərin əlində ucuz təzyiq vasitəsi olan radikal müxalifət təmsilçilərinin hələ də ötən əsrin xaos, anarxiya, kəskin qarşıdurmalarla müşayiət olunan 90-cı illərinin xiffəti ilə yaşamaları, elə siyasi təfəkkür cəhətdən də o dövrün bataqlıqlarında saplanıb qalmaları, şəxsi ambisiyaları naminə dağıdıcı, nihilist metdodlardan istifadə etmələri onların milli mənlik şüurunun qısırlaşmasının, tükənməsinin və deqradasiyasının əyani göstəricisidir.

Zahid Rza, “İki sahil”