03 oktyabr 2017 16:07
476

Şamaxıda 1770 tondan çox kartof istehsal olunub

Şamaxı rayonunda kartof yığımı başa çatıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə bölgədə 267,5 hektarda kartof əkini aparılıb və sahələrdən 1771 ton məhsul götürülüb.

Qeyd edək ki, kartofçuluq rayonda təsərrüfatın ənənəvi sahələrindəndir. Əksər ərazilərdə torpaq mülkiyyətçiləri ilboyu bazarlarda ciddi tələbat olan, ailə büdcələrinə yaxşı gəlir gətirən kartofçuluğa böyük maraq göstərirlər. Təsadüfi deyil ki, cari mövsümdə təkcə Qızmeydanda 512 ton, İkinci Cabanıda 132 ton, Qaleybuğurdda 89,2 ton məhsul əldə olunub.