27 dekabr 2024 11:09
85

Ukrayna səfiri Bakı aeroportunda aviaqəzada həlak olanların xatirəsini yad edib

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Heydər Əliyev adına Beynəlxalq Aeroportda Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün yaradılmış xatirə stendini ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Yuri Husyev “X” platformasındakı paylaşımında bildirib.

“Qazaxıstanın Aktau yaxınlığında AZAL-ın təyyarə qəzası nəticəsində həlak olanların xatirəsini yad etmək üçün bu gün səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda oldum. Ukraynanın Azərbaycandakı səfirliyi adından Azərbaycan xalqına və yaxınlarını itirən ailələrə başsağlığı verdim", - səfir paylaşımında qeyd edib.