27 dekabr 2024 18:45
243

Vyetnamlılar Azərbaycan xalqının kədərini bölüşür

“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycanın Vyetnamdakı səfirliyində dövlət bayrağı endirilib, başsağlığı kitabı açılıb.

“İki sahil” xəbər verir ki, vyetnamlılar, bu ölkədə fəaliyyət göstərən diplomatlar elektron poçt və telefon zəngləri vasitəsilə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəyliklərini bildiriblər. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici işlər üzrə daimi komitəsinin rəhbərinin müavini xanım Nquyen Thi Hoanq Van, Vyetnam-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri deputat Nquyen Man Kuonq, Vyetnam Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi Bui Ha Nam, Vyetnam Baş Statistika İdarəsinin direktor müavini xanım Ha Hoanq Thi Thanh, Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (ViNen) prezidenti Din Viet Hoa, Vyetnam Dostluq Assosiasiyaları İttifaqının vitse-prezidenti Nquyen Nqok Hunq, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin, Hanoy Ticarət və Turizm Kollecinin direktoru xanım Trinh Thi Thu Ha və digər rəsmilər, eləcədə ölkədə fəaliyyət göstərən bir çox ölkənin səfirləri və diplomatik korpus nümayəndələri səfirliyə gələrək, başsağlığı kitabına öz ürək sözlərini yazıblar. Onlar xalqımızı belə ağır gündə dəstəkləməklə yanaşı, dünyasını dəyişənlərə rəhmət diləyib, Azərbaycan pilotlarının yüksək peşəkarlığı və qəhrəmanlığını yüksək qiymətləndiriblər.