28 dekabr 2024 11:22
193

Şəhid baş leytenant Amin Gülməmmədovun əziz xatirəsinə...

Şəhid baş leytenant Amin Gülməmmədovun əziz xatirəsinə ailəsinin dilindən:

Dörd il oldu əksilmədi,
Həsrətindən bircə zərrə,
Ürəyimdə dağlar boyda,
Dərd böyüdü zərrə-zərrə.

Tab qalmadı dizlərimdə,
Yollarına sürünməkdən.
Sənsizliyə üsyan edib,
Sənlə kimi görünməkdən.

Vücudumun sol tərəfi,
Sızlayanda aram-aram.
Hiss etmirəm yaşamağı,
Heç bilmirəm yoxam, varam?

Sən ən gözəl zirvədəsən,
Qəlbim bunu deyir hər an.
Amma illərdi qanayır, 
Səninlə açılan yaram.

Ətrin hopub ev-eşiyin,
Hər küncünə, bucağına.
Vətən eşqi üstün gəldi,
İsti ana qucağına.

Bir ömür bu ürəyimdə,
Bitməsə də dərdin, qəmin,
Bilki, sənlə fəxr edirəm,
Gülər üzlü balam Amin!

Xuraman Cəfərli,
Kəngərli rayon, Qabıllı kənd kitabxana müdiri