28 dekabr 2024 13:05
192

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında 10 faiz artım olub

Hazırda ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən tədris ilinə nisbətdə təhsil alan əcnəbi tələbə sayında 10 faiz artım olub.

Tələbələr, əsasən, Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər.