28 dekabr 2024 13:19
175

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb 

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabr ayında ümumi çəkisi 19 kiloqram 825 qram narkotik vasitə (19 kiloqram 800 qram marixuana, 25 qram tiryək) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.