01 oktyabr 2017 16:29
529

Gəncənin qəsəbələrində elektrik təsərrüfatı yenilənir

Gəncə şəhərində “Azərişıq” ASC-nin sifarişi əsasında Yeni Gəncə, Məhsəti qəsəbələrində və şəhərin vağzalyanı hissəsində 1103510 kilovotluq yarımstansiyalar tikilir.

Gəncə şəhərinin elektrik təsərrüfatının yenilənməsinın əsas məqsədi sovet dövründən qalan və istismar müddəti sona çatan yarımstansiyaların yenidən qurulmasıdır.

Ötən il inşasına başlanılan Yeni Gəncə yarımstaniyasında işlər yekunlaşsa da, digər iki yerdə işlər davam etdirilir. Şəhərdə hazırda mövcud olan yarımstansiyalar 1950-ci illərdə istifadəyə verilib. İşlər tam yekunlaşdıqdan sonra daha 3 yarımstansiyada yenidənqurma işləri aparılacaq. Yeni Gəncə yarımstaniyası 50 min əhalinin enerji tələbatını ödəyəcək. Məshəti qəsəbəsində və şəhərin vağzalyanı hissəsində inşa edilən stansiyalar isə ümumilikdə təxminən 40 min əhali üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni qurulan yarımstansiyalar şəhər əhalisi ilə yanaşı, ərazi üzrə zavod və fabriklərin də enerji təminatını həyata keçirə biləcək.