30 sentyabr 2017 19:56
595

Ölkə üzrə pambıq tədarükü 50 min tonu ötüb

Sentyabrın 30-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 50 min 120,80 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən bir gündə 1240,57 ton pambıq tədarük olunub.

AZƏRTAC Dövlət Statistika Komitəsinin pambıq tədarükünə dair operativ məlumatını təqdim edir.