31 dekabr 2024 14:34
264

SOS MMC Xankəndi və Şuşaya səfər təşkil edib - FOTO

SOS MMC, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Xankəndi və Şuşaya səfər təşkil etmişdir.

“İki sahil” xəbər verir ki,  şirkət əməkdaşlarının iştirak etdiyi bu səfər həm vətənpərvərlik ruhunu yüksəltmiş, həm də əməkdaşlıq və birliyə dəyərli töhfə vermişdir.

Səfər çərçivəsində ilk olaraq birinci Qarabağ müharibəsidəki Şəhidlər Xiyabanı ziyarət olunmuş, qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılmışdır. Daha sonra SOS MMC heyəti Xankəndi ,Əskəran qalası və Şuşanın tarixi məkanlarını ziyarət etmişdir. Bu məkanlar arasında İcra Hakimiyyəti binası, Yeni İl Yarmarkası, Şuşa Qalası və Cıdır Düzü xüsusi diqqət çəkmişdir.

Cıdır düzündə Azərbaycan bayrağı ucaldılaraq, milli qürur və həmrəylik hissləri vurğulanmışdır. Səfər çərçivəsində iştirakçılar həm də səmimi bir süfrə ətrafında bir araya gəlmişdir.

Şirkətin direktoru Anar Məmmədov, səfərin sonunda öz fəaliyyətlərində fərqlənən bəzi əməkdaşları xüsusi olaraq təltif etmişdir. Bu jest, SOS MMC-nin öz əməkdaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir.

SOS MMC olaraq bildiririk ki, milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirmək məqsədilə bu kimi tədbirlərə davam edəcəyik.