Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Yol polisi tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.