20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdən "İki sahilə"ə bildirilib ki, ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.