Medianın İnkişafı Agentliyinin (MEDİA) və Audiovizual Şuranın kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.
Bildirilib ki, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.