“SOCAR Türkiyə” 20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda Azərbaycan tarixinin ən ağrılı günlərindən biri olan 1990-cı ilin 20 Yanvarı həm də Azərbaycan xalqının öz milli iradəsi ilə azadlıq mübarizəsində qələbə qazandığı dönüş nöqtəsi olduğu bildirilib:
"Vətənin müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizə rəhmət diləyir və xatirələrini ehtiramla yad edirik.”