24 iyul 2026 16:09
92

Peskov: Rusiya ABŞ-ın Ukrayna ilə bağlı yeni təkliflərinə açıqdır

Rusiya Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə ABŞ-ın yeni təkliflərinə açıqdır.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" xəbər xidmətinə şərhində bildirib.

"Yeni təkliflər gözləyəcəyik. Amerikalılar, Prezident Donald Tramp və onun danışıqlar aparan heyəti herkes üçün qəbul edilən hansısa variantları formalaşdırmaq istəklərində səmimidirlər," — deyə Peskov bəyan edib.

O, əlavə edib ki, bu cür təkliflər sözsüz ki, Rusiya üçün də qəbulolunan olmalıdır.

Dmitri Peskov həmçinin vurğulayıb ki, Ukraynaya silah tədarükünə baxmayaraq, Rusiyanın ABŞ-ın münaqişə ilə bağlı mövqeyindəki ikililikdən istifadə etməsi vacibdir:

"Onların sülh tənzimlənməsinə töhfə vermək istəyi bizim maraqlarımıza tamamilə uyğundur," — deyə Kreml nümayəndəsi vurğulayıb.