26 sentyabr 2017 14:13
458

Yetişdirdiyimiz üzümü sahədə 80 qəpik – 1 manata satırıq

Tovuz rayonunda 700 hektar üzüm bağı var ki, bunun da 548 hektarı bar verən sahələrdir. Hazırda plantasiyalarda üzüm yığımı davam edir. Sahibkarlar hələlik bağlardan 975 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 ton çoxdur.

Rayonun Aşağı Quşçu kənd sakini, fermer Valeh Tağıyev AZƏRTAC-a bildirib ki, bu il ötən illə müqayisədə məhsuldarlıq yaxşıdır. Satış qiyməti də qane edir. Yığılan məhsul elə sahələrdəcə 80 qəpik - 1 manata satılır.