31 yanvar 2025 17:36
95

Emin Əmrullayev Zərdabda vətəndaşları qəbul edib - FOTO

Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, yanvarın 31-də elm və təhsil naziri Emin Əmrullayev Zərdab şəhərində vətəndaş qəbulu keçirib.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak ediblər. Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.