Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) Differensial Əməkhaqqı Sisteminin proqram təminatında növbəti yenilik edilib.
UNEC-dən bildirilib ki, məqsəd sistemdə şəffaflığın və hesabatlılığın daha da artırılmasıdır. Yeniliyə əsasən, müəllimlər “şəxsi kabinet”lərinin xidməti fəaliyyəti bölməsində “ümumi” adlı bölməyə daxil olmaqla digər əməkdaşların da elmi-pedaqoji fəaliyyəti, eləcə də sistemə yüklədikləri sənədlər haqqında ətraflı məlumat ala biləcəklər.