04 fevral 2025 21:15
90

Tofiq Musayev etimadnaməsini Quterreşə təqdim edib

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında yeni təyin olunmuş daimi nümayəndəsi Tofiq Musayev etimadnaməsini BMT Baş katibi Antonio Quterreşə təqdim edib.

“İki sahil” xəbər verir ki, görüş BMT-nin Nyu-Yorkdakı əsas qərargah binasında baş tutub.

Səfir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb.

A.Quterreş və T.Musayev görüşdən öncə xatirə fotosu çəkdiriblər.