Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qoşulması hazırda çətin olsa da, nəzəri cəhətdən gələcəkdə mümkündür.
“İki sahil” xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset Breitbart News-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyevin NATO-ya üzvlüyünə indiki mərhələdə baxıla bilməz, çünki onsuz Rusiya-Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək mümkün olmayacaq.
Heqset müsahibəsində deyib: “NATO-ya üzvlük düşmüş olduğumuz vəziyyətin reallıqlarını nəzərə alsaq çətindir".