20 sentyabr 2017 20:07
569

Linda Hamilton yenidən “Terminator” filmində

Amerikalı aktrisa Linda Hamilton “Terminator” filminin yeni çəkilişlərində rol alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Hamilton "Terminator" və "Terminator 2: Məhşər günü" filmlərində Sarah Konnor roluna görə məşhurdur.

Filmdə Arnold Şvarsnegger də yenidən Terminator rolunu canlandıracaq. Ekran işinin rejissoru Tim Miller, prodüseri isə Ceyms Kamerondur. Hazırda film trilogiya şəklində nəzərdə tutulub.